Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”a (Xorvatiya) qarşı keçirəcəkləri matçdan əvvəl keçirilən mətbuat konfransında millimizin sabiq baş məşqçisi Nikola Yurçeviçin açıqlamasına cavab verib: “Oyuna bir gün qalmış vaxtlarımız çox olur.
Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib. Ona cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir.
Son 2 ildə ikinci yeri tutmuşuq və ötən il pley-offda çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıb.
Bir yerdə də qeyd edib ki, “Zirə”də yaxşı məvaciblər alırlar. Bu, düzgün fikir deyil.
Əgər elə imkan varsa, öz müqaviləsi haqda danışsın, Azərbaycandakı müqaviləsi nə qədər olub.
Legionerləri qabartmaq, bildirmək ki, çox məvacib alır… Mənim futbolçularım haqqetdiyindən daha az alırlar.
Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alırlar.