Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli premyer-liqasının 18-ci turunda “Neftçi” səfərdə “Araz-Naxçıvan”ı darmadağın etdi - 4:0. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Yuri Vernidub media önünə çıxıb.
- Əvvəlki baş məşqçilər fiziki durumdan şikayətlənirdilər. Demək olar ki, artıq bu problem qışda həll olunan məsələ idi?
- Hər birinizə təşəkkür edirəm. İstəyim odu ki, belə oyun birdəfəlik yox, daimi olsun. Daha yaxşı ola bilərik. Komandanın fiziki durumu yaxşı olsa, deməli, gözəl oyun ola bilər. Hətta hücum xəttində olan iki oyunçu - Faraj və Rezabala zədələnmişdi. Onları heyətə götürmədim. 5 gün xəstə oldular. Komandamızda ulduz yoxdu. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Onlarla fəxr edirəm.
- "Zirə” ilə oyunda edə bilmədiyiniz nəyi bu gün etdiz? Futbolçulardan nəyi tələb etdiz?
- O çətin oyun idi. O oyuna da futbolçularım hazır idi. Toplanışlarda bugünkü kimi gözəl oynamışdıq. Mənim üçün vacib olan həmişə belə oynamaqlarıdı. Onda mən də səbrli olacam, hamı razı olacaq. Komanda çox yaxşıdı.
- Varqasın zədəsi ciddidi?
- Dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Ciddi kəsik var. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Adı böyük hərflə yazılan şəxsdi.
- Oynamayan azərbaycanlı futbolçular icarəyə verilə bilər?
- Xeyr. 22 oyunçu, 4 qapıçımız var. Buna qədər icarəyə verilənlər verilib. Rza özü istədi, biz də etiraz etmədik.
- Növbəti tur “Qəbələ” ilə oyundu. Oğlunuz ən yaxşı “Qəbələ”nin futbolçusu olub. Hissləriniz necədi?
- O komandaya böyük hörmətim var. Hörmət başqa, oyun başqa. Sob iki oyunda qələbə qazanıblar. Biz 3 xal üçün meydana çıxacağıq. Eynən rəqib baş məşqçisi də.
- Ştoqrin və Murad çox yaxşı oynayırlar. Əvəzlənmələri fiziki durumun yaxşı olmamasına görədi?
- Ştoqrin dizindən zərbə aldı. Afərin, əla oynadı. 130 dəqiqə rahat qaça bilər. Özü əvəzlənmək istədi. Murada da aiddi bu sözlər. Bütün oyunçularım oynamaq istəyir. Onlara da şərait yaratmalıyam. Məşqdə nə qədər yaxşı olsalar da, əsas oyundu. 30 dəqiqə oyun saatyarım məşqdən daha faydalıdı. Abubakar və Kurçi meydana sonradan çıxıb qol vurdular.
MÜZƏFFƏR QULUZADƏ