Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqton tələb edir ki, bu, 2027-ci ilə qədər həyata keçirilsin və əks halda ABŞ müdafiənin koordinasiyası ilə bağlı NATO mexanizmlərinin bəzilərində iştirakını dayandıra biləcəyini bildirir.
KONKRET.az xəbər verir ki, “Reuters”in beş mənbəsi iddia edir ki, məsələ Vaşinqtonda keçirilən və NATO siyasəti ilə məşğul olan Pentaqon əməkdaşlarının, həmçinin bir neçə Avropa nümayəndə heyətinin qatıldığı görüşdə müzakirə olunub.
Adi müdafiə imkanlarına nüvə silahı ilə əlaqəsi olmayan bütün sahələr daxildir. Reuters yazır ki, rəsmilər Avropanın bu istiqamətdə irəliləyişinin necə ölçüləcəyini izah etməyiblər. Həmçinin 2027-ci il üçün müəyyən edilmiş son tarix ABŞ prezidenti Donald Tramp administrasiyasının, yoxsa Pentaqon əməkdaşlarının mövqeyini əks etdirdiyi də bəlli deyil.
Bir neçə Avropa rəsmisi qeyd edib ki, ABŞ nə qədər təzyiq etsə də, belə bir müddət real deyil.
NATO, Pentaqon və Ağ Ev Vaşinqtonun təklif etdiyi son tarixi şərh etməkdən imtina ediblər.
Avropanın NATO-ya daha çox töhfə verməli olduğu barədə Ağ Ev ABŞ prezidenti Donald Trampın hazırkı müddətinin əvvəlindən danışır. Bu mövzuda ABŞ-ın vitse-prezidenti Cey Di Vens xüsusilə sərt açıqlamalar verib.
Rəsmiyyə Şərifova,
KONKRET.az