İstəyirəm, bir gün sizinlə fəxr edim Video

18.05.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Aktyor Taleh Yüzbəyov sosial şəbəkədə əkiz övladlarını ad günü münasibəti ilə təbrik edib.

Axşam.az xəbər verir ki, aktyor oğlu Zeyd, qızı Banu və bloger həyat yoldaşı Xatirə Yüzbəyova ilə birlikdə lentə alınan videolarını sosial şəbəkədə paylaşaraq bunları yazıb:

"Nə yaxşı ki, bu qədər insanın içindən siz gəlib bizim övladlarımız oldunuz. Nə yaxşı ki, sizin ata və ananız bizik. Əslində sizinlə bağlı o qədər arzum var ki... Amma birini deyəcəyəm. İstəyirəm, bir gün sizinlə fəxr edim. İstəyirəm, bir gün siz mənimlə fəxr edə biləsiniz. Sağlam, ağıllı və yaxşı insan kimi böyüyün. Ad gününüz mübarək, Zeyd və Banu Yüzbəyovlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью