İstəyirəm ki, Sabah həmişə belə oynasın Valdas Dambrauskas

08.12.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Misli Premyer Liqasında 14-cü turunda "Sabah" "Neftçi" üzərində inamlı qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas sözügedən oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:

"Futbolçularımı təbrik edirəm. Bu gün onlar möhtəşəm çıxış etdilər. Baş məşqçi kimi hələ də inkişaf etdirmək istədiyim şeylər var. Bu gün heç bir futbolçumuz topdan qaçmadı. İstəyirəm ki, "Sabah" həmişə belə oynasın. Rəhbərliyimizi və azarkeşlərimizi təbrik edirəm. İlk dəqiqələrdən oyunda üstünlüyü ələ almağımız önəmli idi. "Neftçi"nin heyətində fərqli taktiki düzülüş gördüm. Bununla belə, "Neftçi"nin çox da topla oynamasına imkan vermirdik".

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью