Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İsti duş qəbul etməyin sağlamlığa mənfi təsirləri ola biləcəyi barədə xəbərdarlıq edilib.
Redaktor.az xəbər verir ki, bu haqda həkim Ariel Nunez "Terra" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, isti su dərinin qurumasına səbəb olur və xüsusilə dermatit və ya allergiyadan əziyyət çəkən insanlarda xəstəliyin kəskinləşməsi riskini artırır.
Nunez bildirib ki, yüksək temperatur baş dərisində yağ ifrazını artırsa da, eyni zamanda saçların uclarını qurudaraq onların zədələnməsinə səbəb ola bilər.
Həkim əlavə edib ki, isti duş qan damarlarının genişlənməsinə gətirib çıxarır. Bu isə bəzi insanlarda qan təzyiqinin aşağı düşməsinə, başgicəllənmə və halsızlıq hissinə yol aça bilər.
Mütəxəssis həmçinin qeyd edib ki, çox isti su təbii dəri baryerini zəiflədə, bədəndə qaşınma yarada və həddindən artıq buxar səbəbindən tənəffüs narahatlığına səbəb ola bilər.
Həkim sağlamlığı qorumaq üçün çox isti su əvəzinə ilıq temperaturda duş qəbul etməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI