Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsti duş və ya vanna qəbul etmək bəzən arterial təzyiqin qəfil düşməsi səbəbindən halsızlıq, başgicəllənmə və gözlərin qaralması ilə nəticələnə bilər.
Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinə tabe olan Krasnoqorsk Klinik Xəstəxanasının kardioloqu Yekaterina Martınova “Podmoskoviye seqodnya” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, yüksək temperaturun təsiri altında periferik qan damarları genişlənir. Bu isə damar müqavimətini azaldır və beynin qanla təchizatını pisləşdirir.
Xüsusilə arterial təzyiqi onsuz da aşağı olan şəxslər, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, orqanizmi susuzlaşmış insanlar, eləcə də sidikqovucu və təzyiqsalıcı dərmanlar qəbul edənlər risk qrupuna daxildir.
Hamamda qısa müddətə huşun itirilməsi son dərəcə təhlükəlidir. Çünki yıxılma zamanı kafelə və ya santexnika avadanlıqlarına çırpılmaq ciddi xəsarətlərə səbəb ola bilər.
Belə halların qarşısını almaq üçün mütəxəssis həddindən artıq isti sudan istifadə etməməyi, duş və vanna müddətini məhdudlaşdırmağı, həmçinin orqanizmdə normal su balansını qorumağı tövsiyə edir.
Duş və ya vannadan sonra ayağa qəfil qalxmaq olmaz. Ürək-damar sisteminin temperatur dəyişikliyinə uyğunlaşması üçün əvvəlcə bir qədər oturmaq daha məqsədəuyğundur.
Həkim xəbərdarlıq edir ki, huşun itməsi ərəfəsində yaranan və mütəmadi təkrarlanan hallar adi yorğunluq kimi qiymətləndirilməməlidir. Belə vəziyyətlər müşahidə olunarsa, mütləq tibbi yardım üçün həkimə müraciət etmək lazımdır.
Post navigationPrevious: MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq