İsti hava 3700 insanın ölümünə səbəb olub

29.12.2024

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


2024-cü ilin təhlilləri göstərir ki, isti günlərin artmasında insan fəaliyyəti həlledici rol oynayır.
Reyting.az
xəbər verir ki, alimləri bir araya gətirən Vorld Veather Attribution (VVA) komandası belə qənaətə gəlib.
Komandanın təhlilinə görə, insan fəaliyyəti nəticəsində yaranmış iqlim dəyişikliyi bu il dünyada daha 41 gün təhlükəli istilərə səbəb olub.
İqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələri bu il ən azı 3700 insanın ölümü ilə nəticələnib və 26 hava hadisəsini daha şiddətli edib.
Mütəxəssislər bildirirlər ki, bütün ölkələr 2025-ci il və sonrakı dövr üçün hazırlıqlarını sürətləndirməlidirlər.
Onlar ekstremal hava şəraiti ilə dolu gələcəyin qarşısını almaq üçün qalıq yanacaqlardan uzaqlaşmağın zəruri olduğunu və iqlim dəyişikliyi ilə mübarizənin tez bir zamanda gücləndirilməsinin vacibliyini bildirirlər.
Y. QACAR

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью