İsti hava Avropada 1300 dən çox can aldı

29.06.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Avropada hökm sürən anomal isti hava şəraiti səbəbindən son bir həftə ərzində 1300-dən çox insan həyatını itirib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.

ÜST rəhbəri bildirib ki, iyunun 21-dən başlayaraq yüksək temperatur fonunda Avropa ölkələrində normadan artıq ölüm halları qeydə alınır:

“Hazırda 150 milyona yaxın insan ekstremal istilərdən əziyyət çəkir, regionun enerji sistemləri isə maksimum güclə (həddinin son həddində) işləyir”.

İstilik stresini “səssiz qatil” adlandıran Qebreyesus, Avropadakı yaşayış evlərinin, ofislərin və məktəblərin bu cür yüksək temperaturlar üçün nəzərdə tutulmadığını və iqlim şəraitinə uyğun olmadığını xüsusi vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью