İsti hava elektromobil sürücülərini əlavə xərcə salır

14.07.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Havaların isinməsi texnikanın da fəaliyyətinə mənfi təsir göstərir. Bu hal elektromobillərdən də yan ötmür. 

Avtosfer.az xəbər verir ki, kəskin istilərdə elektromobilin doldurulması çətinləşir. Əvvəla, elektrik şəbəkəsi yükləndiyi üçün doldurma zamanı qızma baş verir. Bəzi ölkələrdə doldurma stansiyalarında güc azaldılır. Bu da sürücülər üçün əlavə vaxt itkisidir.
Ən əsas məqam istidə doldurma ilə bağlıdır. Şəbəkədən qəbul edilən elektrikin bəzi hallarda 30 faizi batareyanın soyudulmasına sərf edilir. Bəzi hallarda batareya çox qızdıqda proqram təminatı avtomatik olaraq doldurmanı dayandırır.
Buna görə də ekspertlər elektromobili yay mövsümündə gündüz vaxtı doldurmağı məsləhət görmürlər. Elektromobili  kölgədə saxlamaq və gecə saatlarında doldurmaq tövsiyə edilir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью