Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Fransanın elektrik paylama şirkəti “EDF”-in yaydığı məlumata görə, bütün ölkəyə təsir edən həddindən artıq isti temperatur, quraqlıq Meuse və Moselle çaylarının axınının azalmasına səbəb olub və ətraf mühitlə əlaqədar görülən işlər çərçivəsində nüvə reaktorlarının fəaliyyəti ilə bağlı tədbirlər görülüb.
“Cebheinfo.az” xəbər verir ki, buna görə də “EDF” Chooz Nüvə Elektrik Stansiyasında iki reaktorun və Ardennes Elektrik Stansiyasında bir reaktorun fəaliyyətini dayandırdığını açıqlayıb.
Bundan əlavə, ölkəyə təsir edən istilik dalğası səbəbindən “Bugey 3”, “Tricastin 4” və “Sent-Alban” reaktorlarında istehsal azaldılıb.
Fransanın elektrik enerjisi istehsalının 70%-i ölkənin 57 nüvə reaktorundan əldə edilir. Reaktorlar soyutma ehtiyaclarını yerləşdikləri çaylardan və ya dənizlərdən alırlar.
May ayından bəri bir sıra istilik dalğalarının təsiri altında olan Fransa iyun ayında rekord orta temperatura çatıb. İyuldakı istilik dalğası ölkə tarixində qeydə alınan üçüncü ən uzun istilik dalğası olub.
Bundan əlavə, Fransanın materik hissəsinin üçdə birindən çoxunda quraqlıq, həyəcan verici həddə çatıb. Avropa Quraqlıq Rəsədxanasının məlumatlarına görə, iyulun ikinci və üçüncü həftələrində Fransanın materik hissəsindəki torpaqların 96,5%-i quruyub. Üç əyalət istisna olmaqla, bütün əyalətlərdə müxtəlif dərəcələrdə su məhdudiyyətləri tətbiq olunur.
Nigar
“Cebheimfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin