İsti hava ürək xəstələri üçün TƏHLÜKƏLİDİR

26.07.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 27-də Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

İsti hava ürəyə və qan dövranı sisteminə əlavə yük yaradır. 

“Cebheinfo.az” xəbər verir ki, bunu tanınmış kardioloq və mütəxəssisi Olqa Belyuşina bildirib. 

Belyuşina xəbərdarlıq edib ki, isti havada qan damarları genişlənir, qan təzyiqi dəyişir:

“Ürəyin daha tez “yığılması” lazımdır ki, bu da ona həddindən artıq yük yaradır. Bu amillər həm fərdi, həm də kollektiv şəkildə aritmiya yarada bilər”.

Həkim, həmçinin qeyd edib ki, insanlar isti havada daha çox tərləyirlər. Maye itkisi səbəbindən qan qatılaşır və bu da qan laxtalanması riskini artırır.

"İsti havada həddindən artıq tərləmə ilə müşayiət olunan susuzlaşma və əlaqəli vəziyyətlər mineral duzların, xüsusən də hipokalemiya və hipomaqnezemiya itkisinə səbəb olur. Bu makroelementlərin çatışmazlığı ürək ritminin tənzimlənməsinə mənfi təsir göstərir ki, bu da aritmiya və ürək işemiyası olan insanlar üçün təhlükəlidir", - deyə kardioloq izah edib.

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью