Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Şəhərin müxtəlif ərazilərində, xüsusilə metro çıxışlarında və insanların sıx hərəkət etdiyi yerlərdə fəaliyyət göstərən kiçik qida satış məntəqələrinə rast gəlinir. Bu məntəqələrdə toyuq, balıq, turşular və digər qidaların bəzən üzəri açıq şəkildə satışa çıxarılır. Belə məhsullar gün ərzində toz, çirk, həşərat və digər xarici təsirlərlə təmasda qala bilər. Xüsusilə isti havalarda qidaların düzgün şəraitdə saxlanılmaması onların keyfiyyətinə və təhlükəsizliyinə təsir göstərə bilər. Buna baxmayaraq, istehlakçılar bəzən məhsulun saxlanma və satış şəraitinə diqqət yetirmədən alış-veriş edirlər.
Qidaların üzərinin açıq şəkildə satılması hansı sağlamlıq riskləri yarada bilər? Belə məhsulların satış və saxlanma şəraiti ilə bağlı hansı tələblər mövcuddur və istehlakçı bu cür hallarla qarşılaşdıqda nələrə diqqət etməlidir?
Demokrat.az-a bu barədə açıqlama verən qida eksperti Fərid Səfərov açıq şəkildə satılan qida məhsullarının, xüsusilə ət, toyuq, balıq, süd məhsulları və turşular düzgün qorunmadıqda insan sağlamlığı üçün risk yarada biləcəyini bildirib.
Onun sözlərinə görə, belə məhsullar toz, torpaq, həşəratlar, çirkli əllər və digər xarici amillərlə təmasda olduqda mikroorqanizmlərlə çirklənə bilər:
“İsti havalarda isə temperaturun yüksək olması bakteriyaların sürətlə çoxalmasına səbəb olur ki, bu da qida zəhərlənməsi, mədə-bağırsaq pozğunluqları və digər sağlamlıq problemləri ilə nəticələnə bilər.
Qida məhsullarının satışı zamanı onların növünə uyğun temperatur rejimi, gigiyenik şərait və qoruyucu tədbirlər təmin edilməlidir. Xüsusilə tez xarab olan məhsullar soyuducu şəraitdə saxlanmalı, üzəri örtülü olmalı, satış zamanı çirklənmədən və xarici təsirlərdən qorunmalıdır. Satıcıların şəxsi gigiyenasına, istifadə olunan avadanlıqların təmizliyinə və məhsulların saxlanma müddətinə də diqqət yetirilməlidir”.
Ekspert söyləyib ki, istehlakçılar belə yerlərdən alış-veriş edərkən məhsulun görünüşünə, qoxusuna, saxlanma şəraitinə və satıcının gigiyenasına diqqət etməlidirlər:
“Üzəri açıq, gün altında qalan, soyuducu şəraiti olmayan və ya şübhəli görünən məhsulları almaqdan çəkinmək daha doğrudur. Hər hansı təhlükəli satış şəraiti müşahidə edildikdə isə aidiyyəti qurumlara məlumat vermək həm öz sağlamlığını, həm də digər istehlakçıların təhlükəsizliyini qorumağa kömək edir”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Qidaların üzərinin açıq şəkildə satılması hansı sağlamlıq riskləri yarada bilər? Belə məhsulların satış və saxlanma şəraiti ilə bağlı hansı tələblər mövcuddur və istehlakçı bu cür hallarla qarşılaşdıqda nələrə diqqət etməlidir?