İsti havalarda necə geyinmək lazımdır?

15.07.2026

Icma.az, Medicina portalına istinadən məlumat verir.


Yay aylarında düzgün geyim seçimi bədənin istidən qorunmasında mühüm rol oynayır.

Medicina.az xarici mediaya istinadla xəbər verir ki, uyğun paltar seçməklə isti havalarda daha rahat qalmaq mümkündür.

Qeyd olunub ki, istidə təkcə geyimin rəngi deyil, onun biçimi və parçası da önəmlidir. Boş, yüngül və nəfəs alan paltarlar bədəndə hava dövranını yaxşılaşdıraraq sərinləməyə kömək edir.

Alimlər bildirirlər ki, rütubətli havalarda tərin buxarlanması çətinləşdiyi üçün tez quruyan parçalar daha uyğun seçimdir. Kətan və bəzi xüsusi idman materialları isti günlərdə rahatlıq təmin edə bilər.

Mütəxəssislər yay aylarında sıx və qalın geyimlərdən uzaq durmağı, bədənə hava buraxan, rahat paltarlara üstünlük verməyi tövsiyə edirlər.

Xanım,

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью