İsti havalarda qəhvə içərkən diqqətli olmaq lazımdır | Icma.az
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq. Endokrinoloq və dietoloq Daria Xaykina isti havada qəhvə istehlakının bədənə mənfi təsirl
Mütəxəssisin sözlərinə görə, tərləmənin səbəbi içkinin temperaturu deyil, tərkibindəki kofeindir.
Kofein sinir sistemini stimullaşdırır, ürək döyüntüsünü sürətləndirir, dəriyə qan axınını artırır və nəticədə daxili bədən temperaturunu yüksəldir.
Bu zaman orqanizm özünü soyutmaq üçün tərləmə mexanizmini işə salır.
“Hətta soyuq qəhvə içdikdə belə, bu təsir müşahidə oluna bilər”, - deyə Xaykina vurğulayıb.
Bundan əlavə, kofein bədəndə adrenalin hormonunun ifrazını da gücləndirir.
Bu hormon nəfəsalma ritmini və qan təzyiqini artırır, maddələr mübadiləsini aktivləşdirir.
İsti havada isə bu təsirlər bədəni həddindən artıq yükləyə, yorğunluq və tükənmə hissinə səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu