İsti havalarda şişkinlikdən necə qorunmaq olar? Həkim məsləhəti

16.07.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Yay aylarında, xüsusilə isti havalarda ayaqlarda yaranan şişkinlik əksər hallarda ciddi sağlamlıq problemi hesab olunmur. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu endokrinoloq Zöhrə Pavlova bildirib.

Həkimin sözlərinə görə, isti hava qan damarlarının genişlənməsinə səbəb olur və nəticədə maye toxumalara daha çox sızaraq şişkinlik yaradır.

Pavlova qeyd edib ki, şişkinliyin qarşısını almağın ən təsirli yollarından biri müntəzəm hərəkət etməkdir. Onun sözlərinə görə, hətta hər saat bir neçə dəqiqə gəzmək belə qan dövranını yaxşılaşdırmağa kömək edir.

Həkim həmçinin yay aylarında kifayət qədər su içməyi, duz qəbulunu məhdudlaşdırmağı və axşam saatlarında ayaqları qaldıraraq dincəlməyi tövsiyə edib.

Bununla yanaşı, Pavlova şişkinliyi aradan qaldırmaq üçün həkim məsləhəti olmadan sidikqovucu dərmanlardan istifadə edilməsinin düzgün olmadığını vurğulayıb.

O əlavə edib ki, şişkinlik uzun müddət davam edərsə, yalnız bir ayaqda müşahidə olunarsa və ya ağrı, qızartı, yaxud nəfəs darlığı ilə müşayiət edilərsə, mütləq həkimə müraciət edilməlidir.

Qeyd edək ki, daha əvvəl ortopedik cərrah Anuja Jaina oynaq ağrılarının yağışdan əvvəl güclənməsinin atmosfer təzyiqi, rütubət və temperatur dəyişiklikləri ilə əlaqəli olduğunu açıqlamışdı.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью