İsti havaya görə Luvr bəzi zalları bağladı

21.06.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 21-də Parisdə şiddətli istilər səbəbindən Luvr bəzi zalları bağlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti sosial mediada məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, bu, sənət əsərlərinin daha yaxşı qorunması üçün lazımdır.

Ziyarətçilərə yüngül geyim geyinmək, bol su içmək tövsiyə edilib.

Fransanın meteoroloji xidmətinin məlumatına görə, iyunun 21-də Parisdə maksimum temperatur 38 dərəcə Selsi olacaq.Paris polisinin rəisi Patris For bu həftəsonu üçün planlaşdırılan 11 açıq hava idman tədbirinin ləğv edilməsi barədə əmr verib.

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью