İstidən ölənlərin sayı çoxdur, yoxsa soyuqdan?

23.11.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni bir araşdırmaya görə, son 25 ildə ABŞ-də soyuq hava və istilik dalğaları on minlərlə insanın ölümünə səbəb olub.

“Cebheinfo.az” xəbər verir ki, tədqiqatçılar "Annals of Internal Medicine" jurnalında bu barədə bildiriblər.

Məlumata görə, 1999-2024-cü illər arasında ABŞ-də 69000-dən çox ölüm hadisəsində  həddindən artıq soyuq və ya isti hava əsas səbəb kimi qeyd edilib.

Tədqiqatçılar bildirirlər ki, bu, ümumilikdə 69 milyon ölüm deməkdir. Yəni hər 1000 ölümdən 1-i həddindən artıq soyuq və ya isti hava ilə əlaqələndirilir.

Bostondakı Massaçusets Ümumi Xəstəxanasının Ürək-Damar Görüntüləmə Mərkəzinin baş elmi işçisi Dr. Şadi Abuhaşem açıqlamasında deyib: "Tədqiqatlarımız göstərir ki, isti hava və soyuq hava hər il ABŞ-də minlərlə insanın həyatına son qoyur. Bu ölümlərin qarşısı alına bilər".

Tədqiqatçılar bu ölümlərin 65%-nin soyuq, 35%-nin isə isti hava ilə əlaqəli olduğunu aşkar ediblər.

Abuhaşem bildirib ki, temperaturla əlaqəli ölümlərin əksəriyyəti hələ də soyuqdan qaynaqlansa da, iqlim dəyişikliyi sürətləndikcə istidən ölümlərin sayının artacağı gözlənilir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью