İstifadə müddəti bitmiş dərmanları qəbul etmək nə qədər təhlükəlidir? | Icma.az
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Bir çox evdə istifadə müddəti bitmiş dərmanlara rast gəlmək mümkündür.
Bəs bu dərmanları təsadüfən qəbul etmək insan sağlamlığına necə təsir edir?
Təsəvvür edin ki, səhər yuxudan soyuqdəymə əlamətləri ilə oyanırsınız və yuxulu vəziyyətdə dərmanın istifadə müddətini yoxlamadan onu qəbul edirsiniz.
Daha sonra həmin dərmanın istifadə müddətinin keçdiyini anlayırsınız. Bəs belə olan halda nə baş verə bilər?
Qaynarinfo xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyası (FDA) bu mövzuda sadə tövsiyə verib: “Əgər dərmanınızın istifadə müddəti bitibsə, ondan istifadə etməyin”.
FDA bildirir ki, istifadə müddəti bitdikdən sonra dərmanın təhlükəsiz və effektiv olacağına heç bir zəmanət yoxdur.
Lakin bu, təsadüfən istifadə müddəti keçmiş “parasetamol” qəbul etdiyiniz halda dərhal təşvişə düşməli olduğunuz anlamına gəlmir.
Alimlərin fikrincə, istifadə müddəti bitdikdən sonra çox az sayda dərman toksik hala keçir.
Tam oxu
Xəbəri oxu