Icma.az bildirir, Avtosfer portalına istinadən. ABŞ-li sahibkar İlon Mask "ChatGPT" çatbotundan istifadə etməməyə çağırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə o özünün sosial şəbəkə hesabında yazıb.
"Sevdiklərinizin "ChatGPT"dən istifadə etməsinə icazə verməyin", - deyə o, paylaşımında bildirib.
İ.Mask "ChatGPT"nin yeniyetmələr də daxil olmaqla doqquz istifadəçinin ölümü ilə əlaqəli olduğu iddia edilən paylaşımla bağlı şərh verib.
Xatırladaq ki, beş nəfərin çatbotla ünsiyyətinin intihara səbəb olduğu iddia edilir.
2022-ci ildə Amerikanın "OpenAI" şirkəti istifadəçilərlə interaktiv şəkildə qarşılıqlı əlaqə qura bilən "ChatGPT" xidmətini təqdim edib.
Çatbot aydınlaşdırıcı suallara cavab verə, səhvlərini etiraf edə, fərziyyələrə münasibət bildirə və yersiz tələbləri rədd edə bilir.
Oxunub 20 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.