İstilik verilişi daha bir neçə gün davam edəcək Rəsmi

15.04.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

“Soyuq hava şəraiti ilə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək”.

Axşam.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Elvin Basqallı bildirib.

E.Basqallının sözlərinə görə, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.

Qeyd edək ki, ölkə ərazisində payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir. Qanunvericiliyə görə, bu gün istilik təminatı dayandırılmalı idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью