İstilik verilməyən binalar nə etməlidir? RƏSMİ

20.11.2024

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda istilik mövsümünün başlaması ilə əlaqədar Azəristiliktəchizat ASC-nin balansında olan bütün qazanxana və istilik məntəqələri işə salınıb.

Bu barədə Manset.az-a ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

Onun sözlərinə görə, hazırda “Azəristiliktəchizat”ın balansında olan 557 qazanxana və 88 istilik məntəqəsi işləyir.

Elvin Basqallı onu da qeyd edib ki, əgər hansısa bina və ya mənzil istilik almırsa, bu, binadaxili və ya mənzildaxili problemlərlə əlaqəlidir:

“Bu məsələlər də müraciətlər əsasında həll olunur. Bizim günün 24 saatı çalışan (012) 956 nömrəli qaynar xəttimiz var”.

Qeyd edək ki, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də, paytaxt Bakı və ölkənin digər rayonlarında isə noyabrın 15-də başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью