İstiliyin verilməsi bu gündən etibarən DAYANDIRILACAQ KONKRET

15.04.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.”

KONKRET.az xəbər verir ki, bu açıqlamanı Oxu.Az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı verib.

“Ölkə üzrə 9 dağlıq və dağətəyi rayonda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) isə mövsüm may ayının 1-də yekunlaşacaq”, – deyə E. Basqallı vurğulayıb.

“Qeyd edim ki, respublika üzrə 557 qazanxana və 88 istilik məntəqəsi “Azəristiliktəchizat” ASC-nin balansında fəaliyyət göstərib. Mövsüm ərzində 3 871 yaşayış binası, 185 mindən çox mənzil, yüzlərlə məktəb, bağça və səhiyyə müəssisəsi, eləcə də 2 mindən artıq social və təsərrüfat obyekti istiliklə təmin olunub”, – deyə E.Basqallı bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью