İstiliyin verilməsinə başlanıldı

15.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, bu gündən 2024-2025-ci illər payız-qış mövsümü ilə əlaqədar Azərbaycanda mərkəzləşdirilmiş istilik sistemi işə salınır, istilik təchizatı obyektlərinin, o cümlədən qazanxanaların istiliklə təminatına başlanılır. 

“Azəristiliktəchizat” ASC-dən verilən məlumata görə, artıq prosesə başlanılıb: “Bütün qazanxanalar və istilik məntəqələri işə salınıb. “Azəristiliktəchizat” ASC-nin balansında olan bütün yaşayış və qeyri-yaşayış binaları istiliklə təmin olunacaq. Heç bir problem və yubanma yoxdur”.

Qeyd edək ki, ölkə ərazisində payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью