İstinin təsirindən Eyfel qülləsi böyüdü FOTO

01.07.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada son günlər davam edən anomal istilər insanlarla yanaşı, tikililərə də təsir edib.

Avtosfer.az xəbər verir ki, dəyişiklik 1889-cu ildə inşa edilmiş Eyfel qülləsindən də yan keçməyib. Qüllənin hündürlüyü antenlərlə birgə 330 metrdir. Lakin son istilərdə qüllə 10 santimetr uzanıb. Bunu isə adi gözlə sezmək mümkün deyil.

Arxitektor Bertran Lemur bildirir ki, qüllə döyülmüş dəmirdən hazırlanıb ki, bu da 19-cu əsrdə ən yaxşı öyrənilmiş material idi. Bu material temepratur dəyişikliyinə cidid reaksiya verir: “temperatur -10 dərəcədən +40 dərəcəyə qalxdıqda qüllə təxminən 10 santimetr uzanır. Hər 10 dərəcə artımda 2 santimetr uzanma baş verir. Bunu isə yalnız presizion ölçmə ilə görmək mümkündür, adi gözlə deyil”.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью