İstintaq təcridxanasına ayaqqabıda narkotik keçirmək istədi

17.03.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ölkə.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilən 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və 1,233 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью