İstintaqa çağırılan Fənərbağça prezidentindən ilk açıqlama: Heç nədən qorxmuram

19.12.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Fənərbağça" Klubunun prezidenti Sadettin Saranın evində narkotik axtarışı, özünün isə istintaqa çağırılması qardaş ölkədə böyük rezonans doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliyada səfərdə olan klub prezidenti oradan ilk açıqlamasını verib.

O bildirib ki, çəkinəcəyi heç nə yoxdur: "Sabah səhər Türkiyəyə qayıdacağam, heç nədən qorxmuram".

"Fənərbağça" klubundan verilən məlumata gərə, Sadettin Saran dünən gecə oynanılan "Olimpia Milano" - "Fənərbağça Beko" matçını izləmək və transfer danışıqları aparmaq üçün İtaliyadadır: "Baş verənlərdən sonra o, təcili geri dönməyə qərar verib".

Fərid ASLAN

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью