“İstiqlal” “Traktor”a uduzdu, azarkeşlərdən üzr istədi

04.11.2024

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Hökumətin maliyyələşdirdiyi Tehranın “İstiqlal” futbol klubu Təbrizin “Traktor” klubuna uduzduqdan sonra azarkeşlərindən üzr istəyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında paylaşım edilib.

“Zəif nəticəyə görə öz adımdan və klub adından bütün azarkeşlərdən üzr istəyirəm, vəziyyətin dəyişməsi üçün texniki heyət və komanda oyunçularına dəstək davam etməlidir”,- “İstiqlal” klubunun baş direktoru Fərşid Səmiyi yazıb.

Qeyd edək ki, dünən İran Premiyer Liqasının 10-cu həftəsinin oyunları çərçivəsində Tehranda keçirilən qarşılaşmada Təbriz klubu paytaxt klubunu 2-0 hesabı ilə məğlub edib.

Bununla da “Traktor” klubu 19 xalla reytinq cədvəlinin birinci pilləsinə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью