Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
...“İstiqlalçı”ların əsas məqsədi Azərbaycanı müstəqil görmək, Bakı şəhərini, eləcə də Azərbaycanın digər işğal olunmuş torpaqlarını erməni və rus işğalçı qüvvələrindən azad etmək idi.
Bunun üçün gənc Cümhuriyyət Hökuməti siyasi və hərbi yardım üçün Osmanlı dövlətinə müraciət etmişdir. Bu müraciət də razılqla qarşılanıb.
Yuxarıda qeyd olunduğu kimi, “ilhaqçılıq” tərəfdarları 1918-ci ilə birinci yarısında bölgədə siyasi və hərbi gərginliyin artması fonunda, xüsusilə erməni silahlı dəstələri tərəfindən türk-müsəlman əhaliyə qarşı qətl-qarətlərin törədilməsi, bu faciələrin qarşısını alan elə bir qüvvənin meydanda olmaması və başqa səbəblərdən Osmanlı dövlətinə müraciət etmək məcburiyyətində qalmışdılar.
Onlar yeganə çıxış yolunu Azərbaycanın Osmanlı dövlətinin himayəsi altına girməsində görmüşdülər.
“İlhaqçılıq” məsələsinə tam aydınlıq gətirmək üçün, şübhəsiz, Cümhuriyyət xadimlərinin müxtəlif illərdə yazmış olduqları əsərlərə müraciət etmək olduqca vacibdir.
Çünki həmin “acı” və çətin günləri yaşayan və mübarizə aparan onlar olmuşdular.
Cümhuriyyət xadimləri öz əsərlərində “ilhaqçılığı” doğuran səbəbləri çox düzgün və aydın izah etmişdilər.