Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
“International” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 1 milyon manat həcmində istiqrazları yerləşdiriləcək. İstiqrazlar illik 15% gəlirliliklə investorlara təklif olunacaq.
Marja.az xəbər verir ki, 26 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd təminatsız, sənədsiz, adlı istiqraz buraxılacaq.
İstiqrazların illik gəlirlilik faizi 15%, tədavül müddəti isə 24 ay müəyyən edilib.
İstiqrazlar üzrə hesablanmış faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
İstiqrazların yerləşdirilməsi kütləvi və rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Ticarətə buraxılma tarixi emitent tərəfindən əlavə olaraq açıqlanacaq.
Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, istiqrazların illik 15% gəlirliliyi və 1 milyon manatlıq emissiya həcmi əsasında, bütün istiqrazların yerləşdirildiyi və nominal məbləğin iki il ərzində dəyişmədiyi halda, investorlar üzrə ümumi faiz ödənişləri təxminən 300 min manat təşkil edə bilər. Bu məbləğ buraxılış şərtləri və faktiki yerləşdirmə nəticələrindən asılıdır.