İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb

12.08.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində avtomobildən pul və müxtəlif əşyalar oğurlanması barədə məlumat daxil olub.

Keçirilən tədbirlərlə hadisəni törədənlərin paytaxt sakinləri Müşfiq Zeynalov və Akif Hüseynli olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıblar.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью