İstirahət üçün getdikləri Kapadokiyada həlak oldular Yenicə evlənibmişlər

30.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ötən gün Nevşehirin Kapadokiya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası”nın uçması nəticəsində 3 nəfər həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, onlardan ikisi türkiyəli, digəri isə Fransa vətəndaşıdır.

Uçqun zamanı ölən jurnalist 31 yaşlı Fatih Eray Tuna və Begüm Çetinkaya Tuna evli olublar. Bildirilir ki, cütlük istirahət məqsədilə “Pəri bacası”na gedib.

Onlar bu ilin iyul ayında ailə həyatı qurubmuşlar.

Qeyd edək ki, hadisə nəticəsində 3 fransız və 2 türkəsilli şəxs xəsarət alıb. Onların müalicəsi xəstəxanada davam etdirilir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью