Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp yay tətilini keçirdiyi İslandiyada çəkilən fotolarını paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, fotolarda o, həyat yoldaşı Cared Kuşner və 3 övladı ilə birlikdə əks olunub.
Onların iyun ayının sonlarında İslandiyada istirahət etdiyi bildirilir.
Qeyd edək ki, İvanka Tramp və Cared Kuşner 2009-cu ildə ailə qurublar. Cütlüyün Arabella Rouz, Cozef Frederik və Teodor Ceyms adlı 3 övladları var.