“İstirahətə ehtiyacı olan futbolçuları dəyərləndirəcəm“

22.02.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son məşq zamanı həkimlər yarımmüdafiəçi Dani Sebalyosun topuğunu lentlə yapışdırmalı olublar.

Futbolpress.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelottidən şənbə günü keçirilən mətbuat konfransında futbolçunun vəziyyəti ilə bağlı soruşulub. İtaliyalı mütəxəssis durumu belə şərh edib:

“Sebalyosun vəziyyəti yaxşıdır, son matçda oynayan hər kəs də yaxşı vəziyyətdədir. İstirahətə ehtiyacı olan futbolçuları dəyərləndirəcəm. Komanda fiziki cəhətdən yaxşılaşır. Alaba sabah oynaya bilər. Vəziyyəti dəyərləndirib qərar verəcəm”.

“Real” fevralın 23-də bazar günü evdə “Jirona”nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью