İstirahətə itlərini də apardı Fotolar

18.07.2025

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli aparıcı və müğənni Seren Serengil itləri ilə birgə yay tətilinə çıxıb.

Tribunainfo.az xəbər verir ki, Seren Serengil Türkiyənin gözəl məkanlarından birində dəniz sahilində itləri ilə birgə dincəlir. O itləri ilə birgə dənizə girir, günəşlənir, vaxt keçirir. İtlərini heyvan sığınacağından və küçədən sahiblənib saxlayan Serengil onlarsız heç yerə getmədiyini açıqlayıb.

Aparıcının İnstaqram səhifəsində paylaşdığı istirahət fotolarının əksəriyyəti itləri ilə birgədir. Seren Serengilin heyvanlara qarşı belə həssaslığı izləyiciləri tərəfindən də bəyənilib və alqış alıb.

Fotoları təqdim edirik:

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью