İstismar müddəti bitmiş su xətti yenilənir

29.07.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ceyranbatan-Maştağa xəttinin 6-cı kilometrində diametri 1200 mm olan xəttin istismar müddəti bitmiş 22 metr qəzalı hissəsi yenisi ilə əvəzlənib.

Bu barədə Bakıvaxtı.az-a ADSEA-dan bildirilib.

Məlumata görə, işlər fasiləsiz şəkildə aparılıb. Hazırda təmir-bərpa işləri yekunlaşmaq üzrədir.

Növbəti mərhələdə xəttin yuyulması, içməli su ilə doldurulması, müvafiq anbarlara çatdırılması və ərazidaxili xətlərə ötürülməsi prosesi həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью