Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
Dövlətə məxsus “İSTİSU” Mineral Su Zavodu” MMC 2025-ci ilin 8 ayı ərzində (yanvar-avqust) 780,4 min dollar məbləğində mineral su məhsulları ixrac edib.
Bu barədə Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanan “İxrac icmalı”nın sentyabr sayına istinadən xəbər verir.
“İSTİSU” Mineral Su Zavodu” MM 2024-cü ilin eyni dövründə 586,4 min dolarlıq mineral su məhsulları ixrac etmişdi.
“İSTİSU” Mineral Su Zavodu” MMC qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında 9-cu yeri tutub.