İstiyə görə Daşkənd metrosunda interval 14 dəqiqə oldu FOTO

15.07.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şiddətli istilər Özbəkistanda digər nəqliyyat vasitələri kimi Daşkənd metropoliteninin də işinə mənfi təsir edib. 

Avtosfer.az xəbər verir ki, iyulun 15-dən etibarən yerüstü xətlərdə qatarların hərəkət sürəti 60 km/saatdan 40 km/saata endirilib. Buna səbəb relslərin yolverilən normadan (55 dərəcə Selsi) artıq qızmasıdır. Təhlükəsizliyi təmin etmək üçün saat 18.00-dək qatarlar bu rejimlə hərəkət edəcək.

Yeni sürət rejimi bəzi xətlərdə intervalın 14 dəqiqəyə çıxmasına səbəb olacaq. Yeraltı xətlərə isə məhdudiyyət təbiq edilmir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью