İsveç 1958 ci ildən sonra ilk dəfə dünya çempionatında böyük hesabla uduzub

21.06.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsveç 2026-cı il dünya çempionatında F qrupunun ikinci turunda Niderlanda 5:1 hesabı ilə uduzub.

İdman.Biz-in OptaJoe-ya istinadən məlumatına görə, bu, 1958-ci ildən bəri ilk dəfə olaraq “göy-sarılar”ın dünya çempionatı matçında üç və ya daha çox qol fərqi ilə uduzmasıdır.

İsveç DÇ-1958-in finalında Braziliyaya 2:5 hesabı ilə məğlub olub.

Niderland hazırda dörd xala malikdir və F qrupunda birinci yerdədir. Üç xalı olan İsveç ikincidir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью