İsveç “Archer”ləri Ukraynaya göndərəcək

14.03.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsveç Ukraynaya 18 ədəd çoxməqsədli “Archer” özüyeriyən artilleriya qurğusu və 5 ədəd “Artur” əks-batareyalı radiolokasiya sistemi verəcək.

“Ölkə.az” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib.

“Ukraynanın artilleriyaya və artilleriya sursatlarına ciddi ehtiyacı var”, - nazir deyib.

Məlumata görə, bu dəstək paketinin ümumi dəyəri 3 milyard kron (300 milyon ABŞ dolları) təşkil edir. Vəsaitlərin bir hissəsi Danimarkanın təşəbbüsü çərçivəsində Ukraynanın müdafiə sənayesinə, o cümlədən 155 mm-lik sursatın və ya Ukraynanın təkərli özüyeriyən “Boqdana” haubitsasının istehsalına yönəldiləcək.

Qeyd edək ki, yardımın ayrılması yanvarın sonunda açıqlanıb və onun təfərrüatları bu gün açıqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью