İsveç Azərbaycan oyununda polşalı hakimlər İdman və Biz

16.11.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Millətlər Liqasının İsveç – Azərbaycan oyununun təyinatları bəlli olub.

İdman.biz xəbər verir ki, C liqasının 1-ci qrupunun qarşılaşmasını Polşadan olan hakimlər idarə edəcəklər.

VI turun noyabrın 19-dakı görüşünün baş hakimi Pavel Raçkovski olacaq. Ona Radoslav Syejka və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytseh Miç yerinə yetirəcək.

Qeyd edək ki, Solnadakı “Strauberri Arena”da təşkil olunacaq İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью