İsveç də İranla bağlı vətəndaşlarına çağırış etdi

21.02.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveç hökuməti regionda vəziyyətin pisləşməsi və mümkün eskalasiya riski ilə əlaqədar vətəndaşlarına mümkün qədər tez İranı tərk etməyi tövsiyə edib.

Axar.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi müvafiq xəbərdarlıq yayıb.

Bəyanatda vurğulanır ki, münaqişənin kəskinləşməsi halında ölkədən çıxış imkanları məhdudlaşa bilər. Bu səbəbdən İsveç vətəndaşlarına səfəri təxirə salmamaq və ölkəni mümkün qədər tez tərk etmək tövsiyə olunur.

Qeyd edək ki, Almaniya da vətəndaşlarına analoji xəbərdarlıq ünvanlamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью