İsveç əhalisi 4 milyon azala bilər

31.08.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveç əhalisi aşağı miqrasiya, doğum nisbətlərinin azalması və əhalinin qocalması səbəbindən 2100-cü ilə qədər hazırkı 10,6 milyondan 6,6 milyona düşə bilər.

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu, Lund Universitetinin Milli İqtisadiyyat kafedrasının dosenti Asa Hanssonun rəhbərlik etdiyi bir qrup ekspert tərəfindən təqdim edilən hesabatda yer alıb.

Hesabata görə, yaxın gələcəkdə ölkədə daha az uşaq və əmək qabiliyyətli insan olacaq, yaşlı insanların nisbəti isə artmağa davam edəcək. Əgər təcrid olunmuş əhalinin azalmasının təsiri nəzərə alınsa, bu, İsveç iqtisadiyyatı üçün çox ciddi nəticələrə səbəb olacaq. 

İqtisadçılar qeyd edirlər ki, ölkənin iqtisadiyyatını qorumaq üçün daha çox miqrant işçiyə ehtiyacı var. 

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью