İsveç Gürcüstanla parlament əlaqələrini dayandırdı

17.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

İsveç-Gürcüstan parlament dostluğu qrupu fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə isveçli deputat Qustav Getberq “X” hesabında yazıb.

Onun sözlərinə görə, qrup Gürcüstan parlamenti ilə bütün əlaqələri kəsməyə qərar verib.

“Qrup Gürcüstanda yeni prezidentin konstitusiyaya zidd təyin edilməsi ilə razılaşmadığını bildirir və Gürcüstanda yeni seçkilərin keçirilməsini tələb edir”, - parlament üzvü qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью