İsveç hakimiyyəti 13 15 yaşlı uşaqlarla bağl KONKRET

27.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İsveç hökuməti yeniyetmələrin cinayət dəstələrinə cəlb olunması səbəbindən cinayət məsuliyyəti yaşını 15-dən 13-ə endirməyi təklif edib.

KONKRET.az xəbər verir ki, əgər qanun parlament tərəfindən qəbul edilərsə, 3 iyul 2026-cı ildən qüvvəyə minəcək. Hökumət cinayət məsuliyyəti yaşının aşağı salınmasının zəruriliyini yeniyetmələrin mütəşəkkil cinayət qruplaşmalarına cəlb olunması ilə izah edir.

“Aftonbladet” nəşrinin qeyd etdiyinə görə, 2025-ci ildə 15 yaşdan aşağı 52 yeniyetmə qətl və ya qətlə cəhdlə bağlı məhkəmə işlərinə cəlb olunub. Hazırda onlara cinayət cəzası tətbiq edilmir: cinayət törətmiş yeniyetmələr sosial xidmət orqanlarının nəzarətinə verilir.

Ağagül Mürsəlov,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью