Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
İsveç Hərbi Dəniz Qüvvələri Rusiyadan gələn yük gəmisinin göyərtəsində yoxlama aparıb.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, İsveç Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Sankt-Peterburqdan üzən "Mixail Dudin" yük gəmisini yoxlayıb.
“Rusiyanın “Mikhail Dudin” yük gəmisi Blekinge sahillərində lövbər salıb. Hərbi-dəniz qüvvələrinin nümayəndələri gəmiyə baş çəkib və ekipajla danışıblar”, - xəbərdə deyilir.
Panama bayraqlı gəminin Fransanın Dunkerk şəhərinə doğru üzdüyü bildirilir. İsveç Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, mülki ticarət gəmisi sentyabrın 28-nə keçən gecə Karlskrona sahillərində mühərrikində nasazlıq səbəbindən dayanıb, bundan sonra ekipaj üzvləri özləri Hərbi Dəniz Qüvvələrindən kömək istəyiblər.