İsveç klubu Azərbaycan millisinin futbolçusu ilə maraqlanır

30.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda icarə əsasında Gəncənin "Kəpəz" klubunda çıxış edən və müqaviləsi "Turan Tovuz"a məxsus olan Azərbaycanın gənclərdən ibarət futbol yığmasının (U-21) hücumçusu Sadiq Şəfiyev xarici klubların diqqət mərkəzinə düşüb.

Oxu.Az "Azerisport"a istinadən xəbər verir ki, İsveçin "Sirius" komandası xüsusilə Şəfiyevin çıxışını diqqətlə izləyir.

19 yaşlı hücumçu ilə yerli "Araz-Naxçıvan" və "Şamaxı" klubları da maraqlanır.

Şəfiyevin klubunun gələcək taleyinə mövsümün sonunda, onun "Turan Tovuza" qayıdacağı gözlənilən vaxtda qərar veriləcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью