Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Xarici məhkəmənin Ukrayna Baş Prokurorluğunun tələbi ilə belə bir qərar qəbul etməsi ilk dəfədir
İsveç məhkəməsi Rusiya hərbçiləri tərəfindən işğal edilmiş ərazilərdən Ukrayna mallarının qanunsuz ixracında iştirak etməkdə şübhəli bilinən “Caffa” gəmisini müsadirə edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Ukraynanın baş prokuroru Ruslan Kravçenkonun sözlərinə görə, xarici məhkəmənin Ukrayna Baş Prokurorluğunun tələbi ilə belə bir qərar qəbul etməsi ilk dəfədir.
Müstəntiqlərin fikrincə, quru yük gəmisi saxta qeydiyyat sxemindən istifadə edərək Ukraynanın nəzarətində olmayan ərazilərdə giriş və çıxış qaydalarını sistematik şəkildə pozub - beynəlxalq məlumat bazalarında “Caffa” Qvineya bayrağı altında qeyd olunub.
"Caffa" gəmisinin saxlanılması martın əvvəlində məlum olub. Kravçenkonun sözlərinə görə, 12 mart 2026-cı ildə Ukrayna Baş Prokurorluğu İsveç Ədliyyə Nazirliyinə beynəlxalq hüquqi yardım sorğusu göndərib. Ukrayna tərəfi gəmidə axtarış, kapitan və heyət üzvlərinin dindirilməsi və "Caffa" gəmisinin müsadirə edilməsini istəyib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İsveçin qərarını alqışlayıb: “Bu qərar Ukraynanın milli maraqlarını qorumaq və beynəlxalq hüquqa riayət etmək səyləri üçün mühüm bir presedent yaradır”.
Sibiqanın sözlərinə görə, məhkəmənin qərarı beynəlxalq ədalət mexanizmlərinin milli sərhədlərdən kənarda effektiv şəkildə fəaliyyət göstərə biləcəyini nümayiş etdirir.
“Starboard” Dəniz Kəşfiyyatı analitikləri də gəmini saxta bayraq alrında üzdüyünü bildiriblər: Avtomatik İdentifikasiya Sistemi (AIS) vasitəsilə bayrağını Qvineya kimi göstərilsə də, IMO qlobal məlumat bazasında bunun təsdiqi yoxdur. “Equasis” platforma məlumat bazasında da gəminin bayrağını “saxta” kimi qeyd ediblər. Lakin 2017-ci ildən 2025-ci ilin iyun ayına qədər toplu daşıyıcı Rusiya bayrağı altında üzüb.
Keçən ilin noyabr ayından bəri “Caffa” Ukrayna sanksiyaları altındadır. Gəmi 2025-ci ilin iyul ayında ilhaq edilmiş Krımdan Suriyaya taxıl daşınmasında iştirak etməkdə ittiham olunur.
Qeyd edək ki, Avropa Birliyi "kölgə donanmasına" aid olduğu bilinən təxminən 600 gəmini öz siyahısına əlavə edərək, onların Avropa limanlarına daxil olmasını və gəmiçilik fəaliyyətini qadağan edib.