İsveç mətbuatı: Riyeka nın çempionluğuna sevinən digər komanda Qarabağ dır

02.06.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

İsveç mətbuatı Avropada keçirilən milli çempionatların yekun nəticələri haqda yazarkən, "Riyeka"nın çempionluğu sayəsində Çempionlar Liqasında 3-cü mərhələyə vəsiqə qazanacağı təqdirdə, "Qarabağ"ın səpələnmişlər sırasında olacağına işarə vurub.

Sportal.az "Svenskafans.com" portalına istinadən xəbər verir ki, isveçli həmkarlarımız "Riyeka"nın çempionluğunun “Malmö” və “Qarabağ” üçün müsbət hal olduğunu qeyd edib: 

“Dinamo"nun çempionluq titulunu qazana bilməməsi "Seltik"ə Çempionlar Liqasının pley-off mərhələsində yer almasına şərait yaratdı. "Riyeka"nın çempionluq eyforiyası İsveçdə hökm sürürdü. Belə ki, "Malmö" turnirə 2-ci təsnifat mərhələsindən başlayacaq. "Riyeka"nın çempionluğuna sevinən digər komanda isə “Qarabağ”dır. Onlar ÇL-də 3-cü mərhələyə adlayarsa, səpələnmişlər sırasında yer alacaq".
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью