Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Emil Holm “Yuventus”a transfer olunub.
Sportal.az xəbər verir ki, Turin klubu İsveç milli komandasının müdafiəçisini “Bolonya”dan icarəyə götürdüyünü elan edib. Müqavilədə futbolçunun 15 milyon avroya satınalma opsiyası nəzərdə tutulur və müəyyən şərtlər yerinə yetirildiyi halda bu məbləğ maksimum daha 3 milyon avro arta bilər.
Qeyd edək ki, Holm bu mövsüm A Seriyasında 11 oyun keçirib və 4 məhsuldar ötürmə verib. “Bolonya”dan əvvəl isə o, İtaliyada “Spetsiya” və “Atalanta”nın heyətində çıxış edib.
saytlarin hazirlanmasi